6 C
Baku
Monday, December 16, 2024

Çin rəqəmsal yuanın sınaq nəticələrini açıqladı

Lotereyada rəqəmsal yuan qazanan 50 min çinli sakin mükafatını artıq xərcləyib.

Banker.az “RBC”ya istinadən xəbər verir ki, bu barədə Şenjen rəhbərliyinin rəsmi saytında bildirilib. Xatırladaq ki, rəqəmsal yuan lotereyası oktyabrın 12-də keçirilib.

Çin hökuməti rəqəmsal valyutanı sınaqdan keçirmək üçün 10 milyon yuan (təxminən 1,5 milyon dollar) vəsait ayırmışdı. Sınaqlar Çinin texnologiya mərkəzi sayılan Şenjen şəhərində keçirilmişdi. Bir həftə ərzində istifadəçilər paylanmış valyutanın 88%-ni xərcləyiblər, bəzi iştirakçılar daha 900 min rəqəmsal yuan (təxminən 134 min dollar) alıblar.

Qeyd edək ki, Çin kriptovalyutası heç də hər kəsin xoşuna gəlməyib. Belə ki, ÇXR səlahiyyətləri tərəfindən hazırlanmış ödəniş tətbiqi məşhur olan “Alipay” və “WeChat”ı təkrarlayır. “Yeni rəqəmsal valyuta və bu xidmətlər az-çox eynidirlər, buna görə sınaqlara başlamaq üçün artıq çox gecdir”, – deyə istifadəçilərdən biri söyləyib.

Şenjenin digər bir sakini bir daha rəqəmsal yuandan istifadə etməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, onunla ödənişlər etmək rahat deyil. Xatırladaq ki, lotereyada iştirak etmək üçün 2 milyondan çox insan müraciət etmişdi. Onların hər biri 200 yuan (təxminən 30 dollar) almışdı. Bu vəsaiti layihədə iştirak edən 3 389 ticarət nöqtəsində xərcləmək mümkün idi.

Son xəbərlər
Digər xəbərlər