Çin Xarici İşlər Nazirliyinin rəsmiləri Rusiya nefti və qazının rublla alınması ilə şərti razılaşdığını bildirib.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla belə, Çin departamentinin nümayəndələri ölkənin digər valyutalardan da imtina etməyəcəyini qeyd ediblər.
“Müntəzəm ticarət və iqtisadi qarşılıqlı əlaqə prosesində öz milli pul vahidlərindən istifadə valyuta risklərinin qarşısını almağa və valyuta mübadiləsi ilə bağlı xərcləri azaltmağa kömək edə bilər”, – deyə mesajda bildirilir.
Beləliklə, Asiya tərəfi “bərabər və qarşılıqlı faydalı əsaslarla” öz valyutası ilə ticarət aparacağını qeyd edib.
Bundan əvvəl Almaniyanın Rusiya Federasiyasından qaz nəqlinin dayandırılması riski ilə əlaqədar fövqəladə planı işə saldığı bildirilmişdi.