16 C
Baku
Wednesday, October 23, 2024

Çin Rusiya və Ukraynaya çağırış edib

“Biz Rusiya və Ukraynanı gərginliyin daha da artmasına səbəb olacaq hərəkətlərdən çəkinməyə çağırırıq”.

Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq keçirdiyi brifinqdə Kremlə PUA-larla hücuma münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və aydındır: “Çin Ukrayna böhranında konstruktiv rol oynamaq üçün beynəlxalq ictimaiyyətlə birgə işləməyə davam edəcək”.

Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər