18 C
Baku
Tuesday, May 28, 2024

Çin Rusiyada artan tələbat sayəsində dünyanın ən böyük avtomobil ixracatçısı olub

Çin 2023-cü ildə xaricə rekord sayda avtomobil sataraq Yaponiyanı bir nömrəli ixracatçı kimi sıxışdırıb və bunu qlobal avtomobil sənayesində “tektonik dəyişiklik” adlandırıb.  “The Wall Street Journal” qeyd edir ki, Çin avtomobillərinin xaricdən tədarükü Rusiyada tələbat səbəbindən rekord həddə çatıb.

Ölkə artıq elektrik avtomobillərinin istehsalında tanınmış dünya lideri olsa da (Çinin “BYD” markası 2023-cü ilin son rübündə dünyada ixrac həcminə görə “Tesla”nı ötüb), artımın əsas amili ənənəvi benzinlə işləyən avtomobillər olub.

Çin Sərnişin Avtomobil Assosiasiyası 2023-cü ildə xaricə 5.26 milyon avtomobil satıldığını təxmin edib və bunun Yaponiyanın ixracından təxminən 1 milyon çox olduğunu bildirib. Son rəsmi məlumatlar göstərir ki, ötən ilin yanvar-noyabr aylarında Yaponiyanın avtomobil ixracı 4 milyon ədəddən bir qədər az olub.

“WSJ” yazır ki, Çinin avtomobil istehsalçıları Ukraynadakı müharibə ilə əlaqədar Qərb şirkətlərinin Rusiyanı tərk etməsindən istifadə ediblər. Beləliklə, 2023-cü ildə Çin avtomobillərinin Rusiyaya ixracı 2022-ci illə müqayisədə ən azı 5 dəfə artıb, o zaman orada 160 min ədəd satılıb, nəşr qeyd edir. 2024-cü ildə Çin avtomobil istehsalçıları 1.2 milyon ədəd rəqəmə çatmaq istəyirlər.

Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatına görə, 2023-cü ilin birinci yarısında Çindən Rusiyaya minik avtomobillərinin tədarükü 2022-ci ilin eyni dövrü ilə müqayisədə 543% artaraq qiymət ifadəsində 4.6 milyard dollar təşkil edib. Sanksiyadan əvvəl 2021-ci ildə Çin avtomobillərinin Rusiyaya illik ixrac həcmi 1.5 milyard dollar olub. “Avtostat”ın məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiyada Çin avtomobillərinin satışı 406.5 min ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 5 dəfə çoxdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər