19 C
Baku
Sunday, May 5, 2024

Çin Rusiyadan enerji daşıyıcılarının alışını $15 milyard artırıb

Çin 2022-ci ilin mart-iyul ayları arasında Rusiyadan neft, qaz və kömür alışını keçən ilin eyni dövrü ilə müqayisədə 15 milyard dollar artırıb.

Bu barədə bazar ertəsi “Bloomberg” agentliyi Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatlarına istinadən xəbər verib.

Agentlik qeyd edir ki, Çin getdikcə daha çox Rusiyanın enerji daşıyıcılarına etibar edir.

Məlumata görə, 2022-ci ilin mart-iyul aylarında Çin Rusiyadan ümumilikdə 35 milyard dollara neft, qaz və kömür alıb. Ötən ilin eyni dövründə isə bu rəqəm 20 milyard dollara təşkil edib. Təkcə iyul ayında Çin 2021-ci ilin iyul ayı ilə müqayisədə 14% daha çox kömür idxal edib.

Qeyd edək ki, Rusiya ardıcıl üçüncü aydır ki, Səudiyyə Ərəbistanını arxada qoyaraq Çinə ən çox neft ixrac edən ölkə olaraq qalır. Xüsusilə, iyul ayında Çin gündə təxminən 1.68 milyon barel Rusiya nefti alıb. İlin əvvəlindən Rusiya Çinə təxminən 48.4 milyon ton neft ixrac edib.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər