13 C
Baku
Thursday, November 7, 2024

Çin Rusiyadan neft idxalını artırıb

Çin Şərqi Sibirdə hasil edilən Rusiyanın ESPO neftinin idxalını artırıb. Bankre.az bu barədə “RBC”ya istinadən xəbər verir. “Vortexa Ltd.” analitik şirkətinin məlumatına görə, may ayında Naxodkanın Kozmino limanında yüklənmiş 21 neft tankerindən 20-si Çinə gedib.

Şirkət vurğulayır ki, 32 ESPO neft tankerindən 27-si apreldə, 31-dən 24-ü martda, 26-dan 20-si fevralda Çinə gedib. Digər alıcılar Yaponiya və Cənubi Koreya, eləcə də Havaydakı neftayırma zavodları olub.

“Bloomberg” agentliyinin qeyd etdiyi kimi, neftə tələbatla bağlı qeyri-müəyyənlik fonunda Pekin Moskva ilə strateji ehtiyatlarının ucuz xammalla artırılması barədə danışıqlar aparır.

ABŞ mart ayında Rusiyadan neft və qaz idxalına qadağa qoydu. Oxşar planlar Böyük Britaniya və Kanada tərəfindən açıqlanıb.

Son xəbərlər
Digər xəbərlər