8 C
Baku
Monday, November 18, 2024

Çin Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirməsinə qarşıdır

Çin Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirməsinə qarşıdır.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Nin mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Ötən ilin 5 yanvar tarixində nüvə silahına malik dövlətlərin liderləri birgə bəyanat yayaraq, nüvə müharibəsində qalib gəlməyin və ya onunla mübarizə aparmağın qeyri-mümkün olduğunu bildirib, bəyanatda nüvə silahına malik dövlətlər arasında müharibələrin qarşısının alınması və strateji risklərin aradan qaldırılmasının vacibliyi vurğulanıb”, – XİN sözçüsü bildirib.

O həmçinin qeyd edib ki, bütün tərəflər Ukraynadakı müharibənin sülh yolu ilə həlli üçün diplomatik səylərə üstünlük verməli və gərginliyin aradan qaldırılmasına nail olmaq üçün birlikdə çalışmalıdırlar.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər