22 C
Baku
Thursday, August 11, 2022

Çin rüsumların azaldılması müqabilində ABŞ-dan $50 mlrd. dəyərində kənd təsərrüfatı məhsulları alacaq

ABŞ Çindən gətirilən bəzi məhsullara rüsumları ləğv edib, bunun müqabilində Çin ABŞ-dan 50 milyard dollar dəyərində kənd təsərrüfatı məhsullarını alacaq.

Agentliyə ikitərəfli danışıqlar barədə məlumat verən mənbə ABŞ-ın160 milyard dollar dəyərində Çin mallarına rüsumları ləğv edəcəyini bildirib.

Bunun qarşılığında Pekin ABŞ-dan 50 milyard dollar dəyərində kənd təsərrüfatı məhsullarını alacağını söyləyib. Bu, 2017-ci il ilə müqayisədə iki dəfə çoxdur.

Xatırladaq ki, daha əvvəl Vaşinqtonun Çinə qarşı tətbiq etdiyi ticarət tariflərini 50%-dək azaltmaq təklifini sürməsi məlum olmuşdur. Analitiklərin fikrincə, Pekinin kənd təsərrüfatı məhsullarının alışının kəskin artımını təmin edə biləcəyi real görünmür. Belə ki, heyvanların qidalandırılması üçün istifadə olunan soya paxlasına olan tələbat xeyli azalıb.  

Qlobal iqtisadiyyat üçün Vaşinqton və Pekin arasında ticarət razılaşmasının olmaması, qarşıdakı 12 ay ərzində qarşıdurmanın kəskinləşməsi və qeyri-müəyyənliyin davam etməsi səbəbindən investisiya mühitinin daha da pisləşməsi deməkdir.

Son xəbərlər
Oxşar xəbərlər