23 C
Baku
Tuesday, May 28, 2024

Çin səfirinə Böyük Britaniya parlamentinə daxil olmaq qadağası qoyulub

Çinin Böyük Britaniyada yeni təyin olunmuş səfiri Jenq Zequanq bu ölkənin parlamentinə daxil olmaq hüququndan məhrum edilib.

“The Guardian” xəbər verir ki, belə bir qərar Çinin Britaniya millət vəkillərinə qarşı sanksiyalarına cavab olaraq verilib.

İcmalar palatasının sədri Lindsay Hoyl sanksiyalar ləğv edilməyincə bu qadağanın qüvvədə qalacağını açıqlayıb. Lordlar palatasının sədri Con Makfell isə qeyd edib ki, həmin qadağa heç də Çin səfirilə birgə tədbirlərdən imtina etmək mənasına gəlmir, sadəcə belə tədbirlər başqa yerlərdə keçiriləcək.

Çin səfirliyi Britaniya parlamentinin bu addımını alçaq və qorxaq əməl adlandırıb. Səfirliyin bəyanatına görə, Çinin tətbiq etdiyi sanksiyalar Britaniyanın uyğurların hüquqlarının pozulması ittihamı ilə qoyduğu məhdudiyyətlərə qarşıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər