9 C
Baku
Thursday, December 12, 2024

Çin sədri ilk dəfə Şimali Koreyaya səfər edib

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsinpin xanımı Pen Liyuanla birlikdə ilk dəfə Koreya Xalq Demokratik Respublikasına dövlət səfərinə yollanıb.

“RİA Novosti”yə istinadən, ÇXR sədri Pxenyana təyyarə ilə gedib.

Bildirilir ki, Si Tsinpini Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi Komissiyasının dəftərxanasının rəhbəri Yan Tseçi, xarici işlər naziri Van İ, inkişaf və islahat işləri üzrə Dövlət Komitəsinin rəhbəri Xe Lifen müşayiət edib.
Qeyd edək ki, Si Tsinpinin səfəri son 14 ildə ÇXR liderinin Şimali Koreyaya ilk rəsmi səfəridir.

Son xəbərlər
Digər xəbərlər