Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) yüklərin dəniz nəqliyyatından 2 dəfə tez çatdırılmasına imkan verir, Çini Xəzər dənizi vasitəsilə Avropa ilə birləşdirir və nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır.
Qazaxıstanın dəmir yolu idarəsinin məlumatına görə, yüklərin çatdırılma müddətləri azaldılıb. Hazırda bu müddət Altınkol stansiyasından (Qazaxıstan-Çin sərhədində yerləşir) Abşerona (Bakı) – 9 günədək, Poti/Batumiyə (Gürcüstan) ) – 12 günə qədər və Poti/Batumi vasitəsilə Konstansaya (Rumıniya) – 20-22 günə qədər daha azdır.
Əvvəllər xəbər verildiyi kimi, ilin əvvəlindən TITR vasitəsilə Çindən konteyner tranzitinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 dəfə artıb.
Bu ilin 8 ayı ərzində TITR marşrutu ilə 200 qatar yola salınıb. Ötən il ərzində bu göstərici cəmi 11 olub.
Bu uğurlar Sian limanında Qazaxıstan-Çin terminalı sayəsində mümkün olub. Hazırda Qazaxıstan vasitəsilə Avropaya konteyner qatarlarının 30 faizi bu limandadır.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çini Avropa ölkələri ilə birləşdirir.