12 C
Baku
Monday, January 5, 2026

Çin Səudiyyə Ərəbistanından rekord həcmdə ucuz neft alıb

Çin qlobal təklifin artması fonunda qiymətləri aşağı düşməsindən sonra Səudiyyə Ərəbistanından neft alışlarını əhəmiyyətli dərəcədə artırıb. Məsələ ilə tanış treyderlərin məlumatına görə, neft emalı zavodları dövlət şirkəti “Saudi Aramco”dan yanvar ayında demək olar ki, 50 milyon barel neft alıblar. Bu, avqustdan bəri rekord həcmdir və dekabr göstəricisindən 10 milyon barel çoxdur.

Alışların artması qismən “samovarlar” kimi tanınan özəl neft emalı zavodlarının tələbinin yüksəlməsi ilə bağlıdır. Onlar gözləyirlər ki, 2026-cı il üçün idxal kvotaları artıq bu ay bölüşdürülə bilər.

“Saudi Aramco”nun nümayəndəsi şərh sorğusuna cavab verməyib.

Bundan əlavə, Hindistanın özəl neft emalı şirkəti Reliance Industries Ltd. Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, Yaxın Şərq istehsalçılarından neft alışlarını artırıb. Treyderlərə görə, şirkət regiondan ən azı 10 milyon barel neft alıb. Lakin ümumi həcm yəqin ki, daha çox olacaq, çünki emalçı adətən sövdələşmələrinin detallarını məxfi saxlayır.

Hindistanın dövlət şirkətləri “Mangalore Refinery & Petrochemicals Ltd.” (MRPL) və “HPCL-Mittal Energy Ltd.” (HMEL) də yanvarda Körfəz ölkələrindən neft alışlarını artırıblar və bununla Rusiya tədarükünü əvəz etməyə çalışırlar. Tailand və Malayziyada yerləşən neft emalı zavodları da Yaxın Şərq neftinin idxalını artırıblar.

“Reliance”, MRPL və HMEL nümayəndələri də şərh sorğularına cavab verməyiblər.

Son xəbərlər
Digər xəbərlər