7 C
Baku
Sunday, December 15, 2024

Çin S.Ərəbistanında regional və mobil koronavirus testi laboratoriyaları quracaq

Səudiyyə Ərəbistanı COVID-19 pandemiyası ilə mübarizə məqsədilə Çinlə 265 milyon dollarlıq saziş imzalayıb.

Sənədi Krallığın Milli Təchizat Şirkətinin rəhbəri Abdulla Əl-Rəbiyə və Çinin BGI qrupunun adından bu ölkənin Ər-Riyaddakı səfiri Çen Veyqing imzalayıb.

İmzalanma mərasimində qeyd olunub ki, Çinin şirkətlər qrupu Krallıqda 6 regional laboratoriya quracaq, eyni zamanda koronavirus testi keçirmək üçün 9 milyon ədəd müvafiq cihaz və 500 mütəxəssis göndərəcək. Bundan başqa, Çindən gətiriləcək səyyar laboratoriyalardan sərnişin təyyarələrində də istifadə etmək mümkün olacaq. Bildirilib ki, regional laboratoriyalarda gündəlik 500 min test aparıla biləcək, mobil laboratoriyalar isə hər gün 10 min nəfəri yoxlamağa imkan verəcək.

Sazişdə çinli mütəxəssislərin yerli kadrlar üçün doqquz ay müddətində test aparılması üzrə təlimlər təşkil edəcəyi də nəzərdə tutulur. Çin alimləri pandemiyaya qarşı profilaktik tədbirlər çərçivəsində Krallığın vətəndaşlarının genetik xəritəsini də tərtib edəcəklər.

İmzalanmış sənəd qısa müddətdə Səudiyyə Ərəbistanı əhalisinin 40 faizini koronavirus testindən keçirməyə imkan verəcək.

Son xəbərlər
Digər xəbərlər