27 C
Baku
Saturday, July 27, 2024

Çin şirkəti “iPhone” satışını qadağan etməyi tələb edib

Süni zəka sahəsində inkişaf edən “Xiao-i Robot” şirkəti Çində “iPhone” satışını dayandırmaq üçün Şanxay məhkəməsinə müraciət edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bunun səbəbi səs köməkçisi “Siri” ilə bağlı patent hüquqları mübahisəsi olub.

“Apple hüquqlarımızı pozmamalı, tətbiqini silməli və onunla əlaqəli bütün məhsulların satışını dayandırmalıdır”, – deyə “Xiao-i Robot” şirkətinin baş direktoru Yuan Huey söyləyib. O həm də Çində “iPhone” istehsalını dayandırmağı tələb edib.

Amerika şirkəti “Siri-nin oyunlar və ani mesajlaşma ilə əlaqədar patentə daxil olan xüsusiyyətlərə malik olmadığını” bildirib. Müstəqil ekspertlər isə “Apple”ın heç bir texnologiyanı pozmadığı qənaətinə gəlib.

Xatırladaq ki, 2020-ci ildə “Xiao-i Robot” patent pozuntusuna görə “Apple”dan 10 milyard yuan (1.5 milyard dollar) təzminat tələb etmişdi. Çin şirkəti “Apple”dan “Siri” səs köməkçisi ilə təchiz edilmiş bütün cihazların “istehsalını, satışını və idxalını” qadağan etməyi tələb edib.

Son xəbərlər
Digər xəbərlər