12 C
Baku
Sunday, October 27, 2024

Çin şirkəti peyvənd istehsalını ikiqat çoxaldacaq

Çinin “Sinovac Biotech” şirkəti “COVID-19”a qarşı peyvənd istehsalı gücünü ikiqat artırmaq üçün yerli mənbələrdən 515 milyon ABŞ dolları həcmində vəsait təmin edib.

Vəsait Çində və bir neçə ölkədə “Sinovac Biotech”in “COVID-19”a qarşı peyvəndinin ilkin və orta mərhələdə kliniki sınaqlarının müsbət nəticə verməsi ilə onun eksperimental tətbiqi üçün təchizatın genişlənməsini təmin etmək üçündür. Bununla şirkətin hazırkı illik 300 milyon doza peyvənd istehsalı gücü 600 milyon dozaya çatdırılacaq.

Qeyd edək ki, “Sinovac Biotech” şirkətinin “COVID-19”a qarşı peyvəndi olan “CoronaVac” Çində eksperimental qaydada istifadə olunan 3 vaksindən biridir. Bu vaksinlər artıq xüsusi risk qrupundan olan bir milyon nəfərə vurulub. “Sinovac Biotech”in peyvəndinin hazırda İndoneziya, Türkiyə, Braziliya və Çilidə eksperimental tətbiqi həyata keçirilir, Filippin ilə danışıqlar aparılır. Türkiyə COVID-19-a qarşı 50 milyon doza peyvənd alınması üçün “Sinovac Biotech” şirkəti ilə müqavilə imzalayıb. Bu ay 10 milyon doza peyvənd Türkiyəyə çatdırılacaq.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər