22 C
Baku
Cümə axşamı, May 26, 2022

Çin şirkətləri Rusiya neftini almaqdan imtina edir

Çinin dövlət neft emalı zavodları böyük endirimlərə baxmayaraq, Rusiya ilə yeni müqavilələr bağlamır.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Onların fikrincə, korporasiyalar hakimiyyətin tövsiyələrinə əməl edir və yeni layihələrə ehtiyatla yanaşır.

Bununla yanaşı, müəssisələr mövcud müqavilələri yerinə yetirməkdə davam edirlər. Çinin “Sinopec”, “CNOOC”, “PetroChina” və “Sinochem” şirkətləri Rusiya tədarükçüləri ilə may neft müqavilələri üzrə hərraclardan iştirak etməyib.

Verilən məlumata görə, bu şirkətlər əlavə neft həcmləri alarkən Rusiyaya dəstək verməkdə şübhəli bilinmək istəmirlər.

“Dövlət şirkətləri ehtiyatlı davranırlar, çünki onların hərəkətləri Çin hökumətinin mövqeyi kimi qiymətləndirilə bilər”, – deyə mesajda bildirilib.

Eyni zamanda ÇXR ABŞ-ı Rusiyaya qarşı təhdidləri dayandırmağa və Rusiya ilə Ukrayna arasında sülh danışıqlarını təşviq etməyə çağırıb.

Son xəbərlər
Oxşar xəbərlər