26 C
Baku
Sunday, July 6, 2025

“Çin, şirkətlərinin qanuni maraqlarını qətiyyətlə qoruyacaq”

Çinin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın “Huawei Technologies” şirkətinə qarşı ittihamları ilə əlaqədar ciddi narahatlığını bildirib.

Banker.az məlumat veri ki,  XİN ABŞ-ı “Huawei” də daxil olmaqla, Çin şirkətlərini əsassız sıxışdırmaqdan əl çəkməyə, eləcə də Men Vançjounun həbsinə dair orderi ləğv etməyə çağırıb.

Nazirlikdən qeyd ediblər ki, rəsmi Pekin Çin şirkətlərinin qanuni maraqlarını qətiyyətlə qoruyacaq.

Daha əvvəl ABŞ-ın Çin telekommunikasiya şirkətlərinin fəaliyyətini məhdudlaşdırmaq istədiyi bildirilib.

©report.az

Son xəbərlər
Digər xəbərlər