15 C
Baku
Sunday, November 9, 2025

Çin şirkəti uçan taksisini təqdim edib

Öz avtomobilləri ilə tanınan “Xpeng” markasının “Aridge” hava nəqliyyatı bölməsi “A868” layihəsinin ilk təsvirlərini yayımlayıb.

Bu, altınəfərlik sərnişindaşıyan hlikopterə bənzər minik vasitəsidir.

Məlumata görə, prototiplərin uçuş sınaqları artıq başlayıb.

“Aridge A868” şaquli qalxma və enmə funksiyasına malikdir ki, bu da uçuş-eniş zolağına ehtiyacı aradan qaldırır.

“A868″in güc aqreqatının texniki xüsusiyyətləri hələ açıqlanmayıb, lakin onun hibrid olduğu və saatda 360 km sürətə 500 kilometrdən çox məsafə qət edə biləcəyi məlumdur.

Hava taksisi kimi nəzərdə tutulan “A868″in nə vaxt kütləvi istehsala buraxılacağı hələlik müəyyən edilməyib.

12 1 13

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər