Çinin aparıcı avtomobil istehsalçılarından biri olan Xpeng, insanabənzər robot texnologiyasına böyük sərmayələr qoymağı planlaşdırır.
Xpeng bu sektora uzunmüddətli layihə kimi baxır və onun investisiyaları 100 milyard yuana (13,8 milyard dollar) çata bilər, şirkətin baş direktoru He Xiaopeng parlamentin illik iclasında deyib.
H.Xiaopeng 5 il əvvəl insanabənzər robot sənayesinə girdiklərini və qarşıdakı 20 il bu sahədə qalmağı hədəflədiklərini bildirib.
Qeyd edək ki, şirkət 2020-ci ildə insanabənzər robot sektoruna daxil olub və “Tesla Bot”a rəqib olaraq inkişaf etdirdiyi “Iron” adlı robotu ötən ilin noyabrında təqdim edib.