Çin şirkətləri külək və günəş enerjisi ilə bağlı Azərbaycanda elektrik stansiyası tikəcəklər.
Bunu müsahibəsində Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Din Tao deyib.
Diplomat bildirib ki, artıq bəzi Çin şirkətləri bu məqsədlə əməkdaşlıöı genişləndirmək məqsədilə Bakıya gəlib və yerli şirkətlərlə, eləcə də hökumətlə bəzi layihələrini müzakirə ediblər:
“Məsələn, Bakıda limanın yenidən qurulması layihəsi ilə bağlı müzakirələr aparılıb.
Həmçinin, Azərbaycanda bəzi fabriklərin qurulması planlaşdırılır. Bu, Sumqayıt Sənaye Zonasında baş tuta bilər”.
Müsahib vurğulayıb ki, enerji ilə çalışan nəqliyyat vasitələri istehsal edən Çinin “BYD” şirkəti burada tam elektrikli avtobus istehsal edəcək bir fabrik tikəcək:
“Hətta bəzi Çin şirkətləri külək və günəş enerjisi ilə bağlı Azərbaycanda elektrik stansiyası tikəcəklər. Bildiyimə görə, Qarabağ bölgəsi üçün nəzərdə tutulan iki belə layihə var”.