Operativ yaddaş və yarımkeçiricilərin qiymətlərinin artması fonunda Çin smartfon istehsalçıları qiymətləri yenidən nəzərdən keçirir. Bu barədə “Notebook Check” yazır. 16 mart 2026-cı ildən etibarən “Oppo” və “OnePlus” cihazlarının qiymətlərini artırıb.
“Oppo K13 Turbo” və “K13 Turbo Pro” modellərinin qiyməti 500 yuan, “Oppo K13x” — 400 yuan, “K13s” və “K12s” isə 200 yuan artıb.
“OnePlus 15” və “OnePlus Ace 6” modellərinin qiyməti də 500 yuan artıb. “Ace 6T”, “OnePlus Turbo 6” və “Turbo 6V” modelləri isə 200 yuan bahalaşıb.
“Vivo” şirkəti və onun “iQoo” subbrendi də 18 martdan etibarən qiymət artımı elan edib. İnsayder məlumatlarına görə, “iQoo” flaqman smartfonlarının qiyməti 5000 yuandan başlayacaq.
Söhbət Çində qiymət siyasətinin dəyişməsindən gedir. Şirkətlər qlobal bazarda dəyişikliklər barədə hələlik rəsmi məlumat verməyiblər.






