27 C
Baku
Saturday, July 27, 2024

Çin smartfonları sürətlə Azərbaycan bazarında payını artırır

Azərbaycan 2024-cü ilin birinci rübündə xaricdən 335 min ədəd smartfon idxal edib.

Banker.az bu barədə əldə etdiyi məlumata görə, idxal edilmiş smartfonların ilk rüb üzrə dəyəri 93.66 milyon ABŞ dolları təşkil edib.

İdxalın həcmi illik müqayisədə 28 faiz, dəyəri isə 26 faiz artıb.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə Azərbaycan xaricdən 262 min ədəd smartfonu 74.06 mln. dollara idxal etmişdi.

İdxal edilmiş smartfonların 76% faizi Çindən gəlib. Bu ötən ilin eyni dövründə 64% idi.

 

Cəmi Miq., min əd. Dəy, min $
      334,842  93,657.56
Çin       255,687  67,061.36
Vyetnam        57,896  20,120.94
Hindistan        19,374    4,344.10
Amerika Birləşmiş Ştatları          1,684    1,986.01
Birləşmiş Ərəb Əmirlikləri               50        56.87
Malayziya               17        25.94
İndoneziya               75        22.72
Tailand               20        13.70
Fransa               26        12.12
Sinqapur                9          9.38
Koreya Respublikası                4          4.42

 

Son xəbərlər
Digər xəbərlər