Azərbaycan 2024-cü ilin birinci rübündə xaricdən 335 min ədəd smartfon idxal edib.
Banker.az bu barədə əldə etdiyi məlumata görə, idxal edilmiş smartfonların ilk rüb üzrə dəyəri 93.66 milyon ABŞ dolları təşkil edib.
İdxalın həcmi illik müqayisədə 28 faiz, dəyəri isə 26 faiz artıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə Azərbaycan xaricdən 262 min ədəd smartfonu 74.06 mln. dollara idxal etmişdi.
İdxal edilmiş smartfonların 76% faizi Çindən gəlib. Bu ötən ilin eyni dövründə 64% idi.
Cəmi | Miq., min əd. | Dəy, min $ |
334,842 | 93,657.56 | |
Çin | 255,687 | 67,061.36 |
Vyetnam | 57,896 | 20,120.94 |
Hindistan | 19,374 | 4,344.10 |
Amerika Birləşmiş Ştatları | 1,684 | 1,986.01 |
Birləşmiş Ərəb Əmirlikləri | 50 | 56.87 |
Malayziya | 17 | 25.94 |
İndoneziya | 75 | 22.72 |
Tailand | 20 | 13.70 |
Fransa | 26 | 12.12 |
Sinqapur | 9 | 9.38 |
Koreya Respublikası | 4 | 4.42 |