12 C
Baku
Wednesday, December 11, 2024

Çin son 20 ildə ilk dəfə olaraq ABŞ-yə iki panda göndərib

Bu gün Çindən bir cüt panda San-Dieqo zooparkına (ABŞ) yollanacaq. CNN-in məlumatına görə, 2003-cü ildən bəri ilk dəfədir ki, Çin öz pandalarını ABŞ-yə göndərir və bu, çox güman ki, güclər arasında diplomatik münasibətlərdə müəyyən irəliləyişlərin olduğunu göstərir. Bir neçə ay əvvəl Çin lideri Si Cinpin “Çin və Amerika xalqları arasında dostluq səfirləri kimi” San-Dieqo zooparkına pandaların göndərilməsini təklif etmişdi.

San-Dieqo zooparkına bir cüt pandanın göndərilməsi ilə bağlı razılıq 2024-cü ilin fevralında əldə edilib. Mütəxəssislər bu məqsədlə 4 yaşlı dişi Xin Bao və 5 yaşlı erkək Yun Çuanı seçiblər. Onlar Xin Baonun “sevimli, yuvarlaq bir üz və böyük qulaqları olan sakit və ağıllı bir introvert” olduğunu göstərirlər.

Pandaların ABŞ-yə göndərilməsindən əvvəl heyvanların sağlamlığı yoxlanılıb, eləcə də çinli mütəxəssislər tərəfindən onların San-Dieqoda saxlanma şəraiti nəzərdən keçirilib.

Panda, Çinin milli simvolu olaraq, bir çox onilliklər ərzində müxtəlif ölkələrlə diplomatik əlaqələr qurmaq üçün istifadə edilmişdir ki, bu da panda diplomatiyası adlanır. Pandalar adətən 20 illik icarə müqavilələrinin bir hissəsi kimi göndərilir. İlk pandalar 1972-ci ildə ABŞ-yə göndərilib, lakin son illərdə iki ölkə arasında münasibətlərin pisləşməsi fonunda əməkdaşlıq bir qədər zəifləyib.

Son xəbərlər
Digər xəbərlər