20 C
Baku
Saturday, November 1, 2025

Çin süni intellekt sahəsində ümumdünya əməkdaşlıq təşkilatı yaratmağı təklif edib

Çin beynəlxalq ictimaiyyətə süni intellekt sahəsində qlobal əməkdaşlıq təşkilatı yaratmağı təklif edir.

Bunu Çin Sədri Si Cinpin Kyoncu Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində bildirib.

“Çin beynəlxalq ictimaiyyətə süni intellekt sahəsində ümumdünya əməkdaşlıq təşkilatı yaratmağı təklif edir”, – o vurğulayıb.

Si Cinpin deyib ki, Çin APEC-in üzvləri ilə birgə süni intellekt sahəsində ictimai savadlılığı artırmaq və Asiya-Sakit Okeanı regionunda rəqəmsal və ağıllı texnologiyalarda uyğunsuzluğu aradan qaldırmaq üçün işləməyə hazırdır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər