3 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Çin təyyarələrdə plastik məmulatları qadağan edəcək

Çin 2022-ci ildən etibarən daxili aviareyslərdə çürüməyən plastikdən hazırlanan birdəfəlik qab-qacaq, borucuq və qablaşdırma torbalarından istifadəni qadağan edəcək.

Bu barədə Çinin Mülki Aviasiya Administrasiyası (CAAC) məlumat yayıb.

Gələn ildən bu cür plastik məmulatlar böyük hava limanlarında (illik keçiriciliyi ən azı 2 milyon sərnişin olan) istifadə olunmayacaq.

2023-cü ildən etibarən bu qadağa ölkənin bütün hava limanlarına və beynəlxalq sərnişin uçuşlarına şamil ediləcək.

Bu tədbirlər Çinin Mülki Aviasiya Administrasiyasının mülki aviasiya sahəsində çirklənmə ilə mübarizə üzrə beşillik planının bir hissəsidir.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər