Çin təkrar istifadə edilə bilən suborbital daşıyıcı raketi sınaqdan çıxarıb.
Bu barədə Çinin Aerokosmik Elm və Texnika Korporasiyası məlumat verib.
Korporasiya bildirib ki, bir kosmodromdan qalxan raket ölkənin digər ərazisində Yerə uğurla enib. Bu da ölkənin birdəfəlik daşıyıcı raketlərdən imtina edərək təkrar istifadə edilə bilən suborbital daşıyıcılara keçməyə imkan verəcək.