2 C
Baku
Saturday, December 14, 2024

Çin təlim üçün Rusiyaya qoşun göndərir

Çin Rusiyada keçiriləcək “Vostok” hərbi təlimləri üçün bu ölkəyə qoşun göndərəcək.

Bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Hindistan, Belarus, Monqolustan, Tacikistan və digər ölkələrin birgə hərbi təlimlərdə iştirak edəcəyi gözlənilir.

Nazirlik bildirib ki, Çinin birgə təlimlərdə iştirakı mövcud beynəlxalq və regional vəziyyətlə əlaqəli deyil.

Çinin Müdafiə Nazirliyi təlimlərdə iştirakın Rusiya ilə davam edən ikitərəfli əməkdaşlıq sazişinin bir hissəsi olduğunu bildirib.

“Məqsəd iştirakçı ölkələrin orduları ilə praktiki və dostluq əməkdaşlığı dərinləşdirmək, iştirakçı tərəflər arasında strateji əməkdaşlığın səviyyəsini yüksəltmək və müxtəlif təhlükəsizlik təhdidlərinə cavab vermək bacarığını gücləndirməkdir”, – deyə məlumatda qeyd olunur.

 

 

Son xəbərlər
Digər xəbərlər