Çin ilk dəfə olaraq Avropa İttifaqının tarixi müttəfiqi olan ABŞ-ı ilk mövqedən kənarlaşdıraraq Qərbin ən böyük ticarət tərəfdaşı olub.
Avropa İttifaqının statistika ofisi – Eurostat xəbər verir ki, 2020-ci ildə Aİ-nin Çindən idxalı 5,6% artaraq 383,5 milyard avroya, Çinə ixracatı isə 2,2% artaraq 202,5 milyard avroya çatıb.
Amerika Birləşmiş Ştatları ilə dinamika əksinədir – Amerikanın Aİ-yə idxalı 13,2% azalaraq – 202 milyard avroya, Aİ-nin ABŞ-a ixracatı isə 8,2% azalaraq – 353 milyard avroya düşüb.