Tayvan Silahlı Qüvvələri adaya Çin Xalq Azadlıq Ordusunun 51 təyyarəsi və 6 döyüş gəmisinin yaxınlaşdığını qeydə alıb.
Bu barədə Tayvan Müdafiə Nazirliyinin gündəlik xülasəsində məlumat verilir.
“Avqustun 18-i saat 17:00-a olan məlumata görə, Tayvan Silahlı Qüvvələri ada yaxınlığında dəniz və hava məkanında 51 təyyarə və 6 gəminin fəaliyyətini qeydə alıb”, – deyə məlumatda qeyd edilib.
Qeyd olunur ki, 12 Su-30 qırıcısı, altı J-16, dörd J-10, bir Y-8 radioelektron döyüş təyyarəsi və iki H-6 bombardmançı təyyarəsi də daxil olmaqla 25 təyyarə Tayvan boğazının “orta xətti” adlanan ərazini keçib.
Tayvan vəziyyəti izləmək üçün hava patrulu göndərib, radio xəbərdarlığı edib və zenit-raket sistemlərini yerləşdirib.