10 C
Baku
Thursday, December 12, 2024

Çin Tayvanı güc yolu ilə ələ keçirməyə hazırdır

Tayvanla sülh yolu ilə birləşmə uğursuz olarsa, Çin güc tətbiqi ssenarisindən əl çəkməyəcək. Bu barədə çərşənbə günü, avqustun 10-da “Sinxua” xəbər agentliyi ÇXR hakimiyyətinin dərc etdiyi “Tayvan məsələsi və Çinin yeni dövrdə yenidən birləşməsi” adlı ağ sənədə istinadən məlumat verib.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

“Biz sülh yolu ilə birləşmə üçün geniş məkan yaratmağa hazırıq, lakin Tayvanın müstəqilliyinə yönəlmiş hər hansı bir separatçı fəaliyyətə yer qoymayacağıq. Eyni zamanda, güc tətbiqindən imtina edəcəyimizi vəd etmirik və bütün lazımi tədbirləri görmək hüququnu özündə saxlayırıq”, – deyə Çin Xalq Respublikasının Dövlət Şurası və Dövlət Şurası yanında Tayvan İşləri İdarəsi tərəfindən bu çərşənbə günü yayılan sənəddə deyilir.

Ağ sənəddə Tayvanlı həmvətənlərə qarşı güc tətbiqinin “vəziyyətdə son çarə” olacağı qeyd edilib. Xüsusilə, bu qərar xarici qüvvələrin və ada dövlətinin müstəqilliyini dəstəkləyənlərin mümkün müdaxiləsi ilə bağlı verilə bilər.

Son xəbərlər
Digər xəbərlər