12 C
Baku
Sunday, October 27, 2024

Çin: Tayvanın müstəqilliyi müharibəyə bərabərdir

Çin Müdafiə Nazirliyinin sözçüsü U Tsian deyib ki, Çin və Tayvanın yenidən birləşməsini “dayandırmaq olmaz”. O, Tayvan administrasiyasının rəhbəri Lai Tsindenin vəzifəyə başlamasını belə şərh edib. Onun fikrincə, adanın müstəqilliyi müharibəyə bərabərdir.

“Vətənin birləşməsi tarixi bir tendensiyadır və onu dayandırmaq olmaz. Tayvanın müstəqilliyi müharibəyə bərabərdir, parçalanma isə sülhün olmamasıdır”, – deyə U Tsian brifinqdə deyib.

Çin Xalq Azadlıq Ordusu keçən həftə Tayvan ətrafındakı dəniz və hava məkanında adanı mühasirəyə alaraq “Birgə qılınc 2024A” adlı hərbi təlimi keçirib. ÇXR bunu Tayvanı dəstəkləyən müstəqillik qüvvələrinin separatçı hərəkətlərinə cavab və xarici qüvvələrin müdaxiləsi və təxribatlarına qarşı sərt xəbərdarlıq adlandırıb.

Son xəbərlər
Digər xəbərlər