25 C
Baku
Friday, April 19, 2024

Çin Tayvanla “dinc yolla birləşməkdən” imtina edib

Çin 2024-cü ildə hərbi xərclərini 7.2% artıraraq rekord həddə 231 milyard dollara çatdırmaq qərarına gəldikdə, Pekin Tayvana qarşı ritorikasını sərtləşdirir, bu barədə ölkənin Baş naziri Li Qianqın Ümumçin Xalq Nümayəndələri Yığıncağında çıxışına istinadən “Reuters” yazır.

Agentlik, xüsusilə, Linin çıxışında Baş nazirin keçən dəfə Tayvanla sülh yolu ilə birləşmək ifadəsinə diqqət çəkib. Bu dəfə o, Pekinin “Çinin birləşməsi məsələsini qətiyyətlə irəli sürəcəyini” söyləyib və sadə dildə desək, ÇXR-in “Tayvanın müstəqilliyinə qətiyyətlə qarşı çıxacağını” vurğulayıb.

Li çıxışında “vahid Çin” prinsipinə və 1992-ci il Konsensusa, Pekin və Taypeyin 32 il əvvəl Honq-Konqda əldə etdikləri razılaşmaya istinad edib və hər iki tərəfin onu fərqi şərh etdiyini bildirib.

1949-cu ildə müstəqilliyini elan edən Taypey Pekinin 1980-ci illərdən bəri irəli sürdüyü “bir ölkə, iki sistem” modelini qəti şəkildə rədd edir.

Son xəbərlər
Digər xəbərlər