21 C
Baku
Saturday, May 25, 2024

Çin Tibetin inkişafına $11 mlrd.-dan çox sərmayə qoymağı planlaşdırır

Çin hökuməti 2024-cü ildə Tibet Muxtar Bölgəsinin iqtisadiyyatının inkişafına təxminən 80 milyard yuan (11 milyard ABŞ dollarından çox) sərmayə qoymağı planlaşdırır.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu maliyyə vəsaiti infrastruktur obyektlərinin – dəmir yollarının, magistral yolların və hava limanlarının tikintisinə sərf olunacaq. Qeyd edilib ki, Çin hökuməti bu regionda 10 əsas hava limanının inşasına başlayacaq.

Bundan başqa, maliyyə vəsaiti ekoloji təmiz enerji təchizatı layihələrinin maliyyələşdirilməsinə də yönəldiləcək.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər