18 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

Çin ticarət müharibəsi dövründə rekord miqdarda qızıl toplayıb

Çin “Sülh istəyirsənsə, müharibəyə hazır ol” prinsipinə uyğun hərəkət edir. Vaşinqton ölkələr arasındakı gərginliyi artırdığı dövrdə, Pekin qızıl ehtiyatlarının toplanması ilə məşğul olub.

Banker.az xəbər verir ki, mənbələrin verdiyi məlumata görə, sentyabr ayında Çin 5,9, son 9 ayda isə 99,8 ton qızıl alıb. Beləliklə, bütün dövr ərzində ölkə qızıl ehtiyatını 100 ton artırmış olub.

Çin Xalq Bankının verdiyi məlumata görə, bu gün ölkənin qızıl ehtiyatlarının cəmi 1948 ton təşkil edir.

Vesti.Ekonomika-nın daha əvvəl verdiyi məlumata görə, Pekin atdığı addımları gizlətmir və ölkənin qızıla tərəf üz tutması ticarət müharibəsinin fonunda baş verir.

Son xəbərlər
Oxşar xəbərlər