15 C
Baku
Friday, April 26, 2024

Çin ticarət müharibəsinin kəskinləşməsi fonunda Amerikadan soya idxalını dayandırıb

Çin ticarət müharibəsinin kəskinləşməsi fonunda Amerikadan soya idxalını dayandırıb, bu haqda mənbələrə istinadən Bloomberg xəbər verir.

Banker.az xəbər verir ki, Pekin və Vaşinqton arasında gedən danışıqlarda irəliləyişin olmaması səbəbindən, Çin şirkətləri satınalmaları dayandırırlar. Agentliyin verdiyi məlumata görə, Çin əvvəlki sifarişləri ləğv etməyi planlamır.

Ötən ilin iyulunda Çin ticarət müharibəsinə cavab olaraq, 25%-lik tarifləri tətbiq etdikdən sonra ABŞ-dan idxalın həcmi kəskin şəkildə azalmışdır. Qeyd edildiyi kimi, 2018-ci ildə ABŞ-dan 16,6 milyon ton soya idxal olunmuşdur. 2017-ci ildə isə bu göstərici 32,9 milyon ton olub.

Cari ilin fevralında ABŞ-ın kən təsərrüfatı naziri Sonny Perdue bildirmişdir ki, Çin əlavə olaraq 10 milyon ton soya idxal etməlidir. Lakin, tərəflər arasında gedən ticarət müharibəsinin kəskinləşməsi səbəbindən idxal dayandırılmışdır.

ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata görə, Çin üzərinə götürdüyü öhdəlik çərçivəsində ABŞ-dan daha 7 milyon ton soya idxal etməli olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər