13 C
Baku
Sunday, November 16, 2025

Çin ticarət tariflərinin artırılması ilə bağlı ÜTT-də ABŞ-a qarşı iddia qaldırdı

Çin ticarət tariflərinin artırılması ilə əlaqədar Ümumdünya Ticarət Təşkilatında (ÜTT) ABŞ-a qarşı iddia qaldırıb.

Banker.az xəbər verir ki, bu barədə ÇXR-nın Ticarət Nazirliyinin saytında məlumat verilib.

“ÜTT qaydalarına uyğun olaraq, Çin öz hüquq və maraqlarını qoruyacaq, çoxtərəfli ticarət sistemini və beynəlxalq nizam-intizamı müdafiə edəcəkdir”, – mesajda deyilir.

Sentyabrın 1-də Çindən idxal olunan mallara 15%-lik tariflər qüvvəyə minib.

Avqust ayının sonlarında 200-dən çox şirkət Donald Trampdan yeni tariflərin ləğv edilməsini xahiş etmişdir. Onların sözlərinə görə, tariflərin artması amerikan alıcılarına ildə 4 milyard dollara başa gələcəkdir.

Qeyd edək ki, daha əvvəl İstehlak Texnologiyaları Assosiasiyasının rəhbəri olan Gary Shapiro bildirmişdir ki, ticarət tariflərinin artması məişət texnikası istehsalçılarına 10 milyard dollara başa gəlib.

 

Son xəbərlər
Digər xəbərlər