12 C
Baku
Monday, November 25, 2024

Çin üç yaşdan yuxarı uşaqları peyvənd etməyə başlayıb

Çin üç yaşda yuxarı uşaqları koronavirusa qarşı peyvənd etməyə başlayıb. Verilən məlumata görə, bu yolla ölkə “delta” ştamının yayılması ilə mübarizə aparır.

Vurğulanır ki, 3-11 yaş arası uşaqlar Çinin özünün istehsal etdiyi “Sinovac” və “Sinopharm” preparatları ilə peyvənd olunacaq. Dünyanın ən böyük iqtisadiyyatları arasında Çin ən yüksək peyvənd nisbətinə malikdir.

Hökumət 1.4 milyard insanın təxminən 75%-ni peyvənd olunmasını təmin edib. Çində koronavirusun “delta” ştamının son pik səviyyəsi ölkənin şimal-qərbindən təxminən onlarla əyalətə yayılıb.

Keçən həftə “Pfizer” və “BioNTech” peyvəndindən istifadə etməyi planlaşdıran ABŞ prezidenti Co Bayden 5-11 yaşlı uşaqlar üçün vaksinasiya planını təqdim etmişdi. “Pfizer” bu yaş qrupu üçün preparatın effektivliyini 90.7% olaraq qiymətləndirmişdi.

Son xəbərlər
Digər xəbərlər