24 C
Baku
Saturday, July 5, 2025

Çin üçüncü aydır ki, ABŞ-dən neft almır

ABŞ Statistika Bürosunun hesabatına görə, Çin may ayında bir barel belə Amerika nefti almayıb. Bu o deməkdir ki, dünyanın ən böyük neft idxalçısı üçüncü aydır ki, Amerika şirkətlərindən neft tədarük etmir. Bu, 2018-ci ildən bəri ilk dəfədir.

Çinin satın almanı dayandırması ABŞ-nin neft ixracını 2023-cü ilin yanvarından bəri ən aşağı səviyyəyə endirib. Qeyd edək ki, ABŞ nefti Çin üçün həyati əhəmiyyət kəsb etmir. “Vortexa” analitika şirkətinin məlumatına görə, ABŞ nefti ilin ilk aylarında Çinin ümumi idxalının cəmi 1%-ni təşkil edib.

“Bloomberg”in qeyd etdiyi kimi, Çinin alışları dayandırması Amerikanın dəniz neft şirkətləri üçün pis xəbərdir. Onlar ilk növbədə ixraca yönəlib, qazma işləri isə WTI neftinin qiyməti bir barel üçün 61 dollardan yuxarı olduğu halda özünü doğruldur. Dallas Federal Ehtiyat Bankının son araşdırmasına görə, bəzi yerlərdə istehsal 70 dollardan yuxarı qiymətlərlə iqtisadi cəhətdən sərfəlidir. WTI fyuçersləri hazırda bir barel üçün 67 dollardan satılır.

Son xəbərlər
Digər xəbərlər