Çin Xalq Respublikasının Sədri Si Cinpin məmurlardan ölkədə COVID-19-un növbəti dalğasının mənfi təsirlərinə baxmayaraq, Çinin ÜDM-in artım tempinin bu il ABŞ-dan yüksək olmasını təmin etməyə çağırıb.
Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Qeyd olunub ki, son həftələrdə iqtisadi və maliyyə rəsmiləri ilə görüşlər zamanı Si Cinpin Çinin təkpartiyalı sisteminin Qərb liberal demokratiyasından daha təsirli olduğunu göstərmək üçün iqtisadi sabitliyin və artımın təmin edilməsinin vacibliyindən danışıb.
Çin Xalq Respublikasının Sədrinin artımın sürətləndirilməsi ilə bağlı çağırışlarına cavab olaraq dövlət qurumları xüsusilə sənaye, texnologiya sektoru, enerji və qida istehsalı sahələrində iri layihələri gücləndirmək planlarını müzakirə edirlər.
Mənbələr deyirlər ki, insanlar arasında alış-veriş kuponları paylamaqla istehlak xərclərini stimullaşdırmaq imkanları da nəzərdən keçirilir.