22 C
Baku
Sunday, April 28, 2024

Çin ÜDM-i dördüncü rübdə 5.2% artıb

Çin iqtisadiyyatı dördüncü rübdə illik müqayisədə 5.2% artıb. Ölkənin ÜDM artımı bütün 2023-cü il boyu dəyişməyib və hökumətin hədəfini bir qədər üstələyib. Dördüncü rübdə ÜDM-in illik artım tempi üçüncü ilə müqayisədə bir qədər yaxşı olub. Bundan əlavə, rüblük artım nəzərəçarpacaq dərəcədə yavaşlayıb – üçüncü rübdəki 1.5%-dən dördüncü rübün sonunda 1%-ə qədər.

İlkin gözləntilərə baxmayaraq, Çin iqtisadiyyatı COVID-19 pandemiyasından sonra qısa müddətdə bərpa ola bilmədi. Bu, daha çox ÇXR iqtisadiyyatının əsas sahələrindən biri olan daşınmaz əmlak bazarında ciddi böhranla bağlıdır. Belə ki, dekabrda yeni mənzillərin qiymətləri noyabr ayı ilə müqayisədə orta hesabla 0.45% ucuzlaşıb ki, bu da 2015-ci ilin fevralından bəri ən güclü aylıq ucuzlaşma olub.

Son sorğulara görə, iqtisadçılar Çinin ÜDM artımının 2024-cü ildə 4.6% olacağını gözləyirlər. Eyni zamanda, “S&P Global Ratings” qeyd edib ki, ÜDM-in cəmi 2.9% artdığı bir ssenari mümkündür. Ekspertlər qeyd edirlər ki, ÜDM-in real artım tempi ilk növbədə daşınmaz əmlak sektorunun vəziyyətindən asılı olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər