32 C
Baku
Thursday, July 17, 2025

Çin ÜDM-i ilin birinci yarısında 5.3% artıb

Çin Dövlət Statistika Bürosunun məlumatına görə, yanvar-iyun aylarında Çinin ümumi daxili məhsulu (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 5.3% artıb. Hesabat dövründə ÜDM-in həcmi 66 trilyon yuanı (9.21 trilyon dollar) ötüb.

Bundan əvvəl, iyulun 9-da keçirdiyi mətbuat konfransında Çin Xalq Respublikasının Milli İnkişaf və İslahatlar Komissiyasının rəhbəri Zheng Shanjie, 14-cü Beşillik Planın (2021-2025) sonuna qədər ÜDM-in artımını 35 trilyon yuan (4.89 trilyon dollar) artaraq 140 trilyon yuana (19.5 trilyon dollar) qədər artıracağını proqnozlaşdırmışdı.

Dünya Bankı Çin iqtisadiyyatının dayanıqlı olacağını proqnozlaşdırıb. ABŞ-nin elan etdiyi tarif müharibəsinə baxmayaraq, Çinin ÜDM-nin 2025-ci ildə 4.5%, 2026-cı ildə isə 4% artacağı gözlənilir.

“Swiss Re” tariflər və ümumi qeyri-müəyyənlik fonunda iqtisadi aktivliyin azalması səbəbindən Çinin ÜDM artımının 2025-ci ildə 4.7%-ə qədər yavaşlamasını gözləyir.

Son xəbərlər
Digər xəbərlər