13 C
Baku
Friday, May 17, 2024

Çin Ukrayna böhranını həll etmək üçün İsveçrəyə müttəfiqlik təklif edib

Çinin xarici işlər naziri Van Yi isveçrəli həmkarı İqnazio Kassis ilə telefon danışığı zamanı Ukrayna böhranının tezliklə həlli üçün səyləri birləşdirməyi təklif edib.

Banker.az xarici KİV-ə istunadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Çin və İsveçrə Ukraynadakı vəziyyətlə bağlı eyni məqsədə can atırlar”, – deyə Van söyləyib.

Onun sözlərinə görə, “bu yolla tezliklə atəşkəsə nail olmaq və humanitar böhranın qarşısını almaq lazımdır”. Nazir həmçinin vurğulayıb ki, Qərbin Rusiyaya qarşı sanksiyaları “onsuz da çətin olan beynəlxalq vəziyyəti daha da çətinləşdirəcək”.

Daha əvvəl İqnazio Kassis bildirmişdi ki, ölkə Ukraynada nizamlanma üzrə danışıqlarda vasitəçi kimi çıxış etməyə hazırdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər