28 C
Baku
Saturday, July 27, 2024

Çin Ukraynadakı münaqişə tərəflərini atəşin dayandırılmasına və dialoqa çağırır

Çin hökuməti Ukraynadakı münaqişə tərəflərini atəşin dayandırılmasına və münaqişəni dialoq yolu ilə həll etməyə çağırır.

Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan edilməsi ilə bağlı bəyanatını şərh edərkən deyib.

“Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və aydındır. Bütün tərəfləri döyüşlərə son qoymaq və bütün tərəflərin qanuni təhlükəsizlik narahatlıqlarını həll etmək yollarını tapmaq üçün dialoq və məsləhətləşməyə çağırırıq”, – o deyib.

V.Venbin vurğulayıb ki, Çin beynəlxalq ictimaiyyətin danışıqlar üçün uyğun məkan və şərait yaradacağına ümid edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər