Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Ma Çjaosyuy ölkə vətəndaşlarını qısa zamanda Ukraynanı tərk etməyə çağırıb.
Nazir müavini bu çağırışı Çin Kommunist Partiyasının 20-ci qurultayı çərçivəsində keçirilmiş mətbuat konfransı zamanı edib.
“Ukraynada təhlükəsizlik sahəsindəki hazırkı vəziyyəti nəzərə alaraq, Çinin bu ölkədəki diplomatik nümayəndəlikləri Çin vətəndaşlarının təxliyəsinə hazırlaşır” – qeyd olunub.
Xatırladaq ki, bundan öncə İtaliya hökuməti də analoji bəyanatla çıxış edərək vətəndaşlarını Çini tərk etməyə çağırmışdı.