19 C
Baku
Monday, May 27, 2024

Çin Ukraynaya xüsusi nümayəndə göndərəcək

Çin Ukraynaya xüsusi nümayəndə göndərəcək.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı zamanı müzakirə olunub.

Bildirilib ki, Çin münaqişənin həlli ilə bağlı bütün tərəflərlə əlaqə saxlamaq üçün Ukraynaya və digər ölkələrə Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsini göndərəcək.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq tərəflər arasında telefon danışığını şərh edərkən ölkəsinin Ukrayna ilə münasibətlərini və strateji tərəfdaşlığı inkişaf etdirməyə hazır olduğunu vurğulayıb. O əlavə edib ki, hər iki tərəf qarşılıqlı hörmət və səmimiyyət ənənəsini davam etdirməlidir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər