10 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

Çin və ABŞ ticarət danışıqlarını sentyabr ayında davam etdirəcəklər

ABŞ və Çin nümayəndə heyəti ticarət danışıqlarının növbəti raundunu 2019-cu ilin sentyabrında keçirmək barədə razılığa gəliblər.

Banker.az xəbər verir ki, “Tərəflər sentyabr ayında ABŞ-da ticarət və iqtisadi məsələlərə dair yüksək səviyyəli məsləhətləşmələrin növbəti raundunu keçirəcəklər”, – deyə Çin nümayəndə heyətini bildirir.

Vesti.Ekonomikanın daha əvvəl verdiyi məlumata görə, Çin və ABŞ arasında gedən ticarət danışıqlarının növbəti mərhələsi Şanxayda başa çatıb. Qeyd edildiyi kimi, bu danışıqlar heç bir nəticə verməyib.

Çin və ABŞ arasında gedən yüksək səviyyəli məsləhətləşmələrin 12-ci raundu çərşənbə axşamı-çərşənbə günü Şanxayda keçirilmişdir. Danışıqlarda ÇXR Dövlət Şurasının Baş nazirinin müavini Liu He, ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Robert Lighthizer və Maliyyə Nazirliyinin katibi Stiven Mnuchin iştirak ediblər.

Danışıqlar ABŞ prezidenti Donald Tramp-ın Çinlə bağlı yeni tənqidləri fonunda baş tutub.

Çərşənbə axşamı günü Tramp qeyd edib ki, Çin amerikan məhsullarını almaqdan imtina edərək, ABŞ-ın “soymağa” hələdə davam edir.

Bloomberg xəbər verir ki, ticarət danışıqları ilə bağlı olan gözləntilər kifayət qədər aşağı olub. Tərəflər arasındakı gərginlik üç ay bundan əvvəlki dövr ilə müqayisədə daha da güclənib. Çin danışıqlarda güzəştə getməyi israr edir və dövlət mediası ABŞ-ın Çinlə görüşməli olduğunu vurğulayır.

Son xəbərlər
Oxşar xəbərlər