26 C
Baku
Saturday, July 27, 2024

“Çin və Rusiya dollardan asılılığı azaltmağa çalışır”

Çin və Rusiya ABŞ dollarından asıllığı azaltmağa, ikitərəfli ticarət əməliyyatları ilə bağlı hesablaşmalarda milli valyutalardan (yuan, rubl) istifadəyə dair saziş imzalamağa çalışır.

“Report”un məlumatına görə, bu barədə “South China Morning Post” nəşri yazıb.

Yazıda qeyd olunub ki, iki ölkəni birləşməyə ABŞ-ın Rusiyaya qarşı iqtisadi sanksiyaları gücləndirməsi və Çin mallarına qarşı yeni gömrük rüsumları tətbiq etməsi təhlükəsi vadar edib.

Xatırladaq ki, Rusiyanın Baş naziri Dmitri Medvedev Çinə səfəri zamanı Rusiyada Çin brendi və Çində Rusiya brendi altında işləyə biləcək birgə kartın buraxıla biləcəyini bildirib.

“Yeni ödəniş sisteminin yaradılması Çinə və Rusiyaya SWIFT-dən istifadə etməməyə və bununla da ABŞ-ın sanksiyalarından yan keçməyə imkan verəcək”, – deyə yazıda bildirilib.

Müəllif həmçinin bəyan edib ki, ABŞ-Çin ticarət müharibəsi hesablaşmalarda yuanın payını artırıb.

Son xəbərlər
Digər xəbərlər