37 C
Baku
Tuesday, August 16, 2022

Çin və Yaponiya işgüzar səfər qadağasını yumşaltmağa razılaşırlar

Pandemiya ilə əlaqədar Çin və Yaponiya vətəndaşlarının səfərlərinə qarşılıqlı tətbiq olunan qadağa yumşaldılacaq.

Bu barədə razılıq Çinin xarici işlər naziri Van İnin Tokioda yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşündə əldə olunub. Tərəflər iqtisadi-ticari əlaqələrin genişlənməsinə dəstək üçün noyabrın sonundan etibarən işgüzar məqsədlə səfər edənlər üçün səyahət qadağasını xeyli dərəcədə yumşaldacaq. Bununla belə həmin qrup səyahətçilər sərhəd karantin nəzarəti qaydalarına əməl etməli olacaqlar.

Qeyd edək ki, COVID-19 böhranı ilə əlaqədar bir çox ölkə kimi Çin və Yaponiya da əcnəbilərin ölkəyə girişini əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdı. Bu da öz növbəsində dünyanın 2-ci və 3-cü ən böyük iqtisadiyyatları olan Çin ilə Yaponiya arasında işgüzar əməkdaşlığın həyata keçirilməsinə mənfi təsir göstərirdi. Yaponiya Çinin ən böyük 3-cü, Çin isə Yaponiyanın 2-ci iri ticarət tərəfdaşıdır.

MənbəAzərtac
Son xəbərlər
Oxşar xəbərlər