Çin və Yaponiya şirkətləri Azərbaycanda kriptovalyutaların mayninqi fermasını qura bilər

0

İnnovasiya Agentliyinin Pirallahı ərazisində yerləşən zonasında kriptovalyutaların mayninqi fermasının yaradılmasına dair Çin və Yaponiya şirkətləri ilə danışıqlar aparılır. Bunu İnnovasiya Agentliyinin İdarə Heyətinin üzvü Fariz Quliyev deyib.

Onun sözlərinə görə, aparılan müzakirələrin əsas predmeti bu şirkətlər üçün daha əlverişli şəraitin yaradılmasıdır ki, bu da layihənin məhz Azərbaycanda reallaşmasında həlledici rol oynaya bilər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Azərbaycanla bu sahədə rəqabətə girə biləcək bir neçə region var ki, onların da təklifləri qeyd olunan ölkələrin şirkətləri tərəfindən təhlil olunur. Ona görə biz gərək daha yaxşı şərait təklif edək. Məsələn, əsas məqamlardan biri elektrik enerji sərfiyyatına xərclənəcək vəsaitlər və yaxud infrastrukturun qurulacağı ərazinin əlverişli kirayə haqqının olması. Bu və ya digər məqamlar üzrə razılıq əldə olunsa, layihə tez bir zamanda icra oluna bilər”, – deyə F. Quliyev qeyd edib.

©APA-Economics